Binəqədi Rayon İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən birliyin külli miqdarda vergi borcu yaranıb.
Musavat.com xəbər verir ki, söhbət Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən gedir.
Birliyin bu gün üçün vergiyə yaranmış borcu 4 milyon 775 min manatdır.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi əhalinin mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, əsaslı tikinti və təmir sahəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.