azia.az
azia.az

11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb-Yuxarı siniflərində OXUYAN qızlar nişanlı olduqları üçün dərsə gəlmİR-DƏHŞƏT

4-03-2024, 13:39

Azia.az blogu-Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb. 

Xəbər verilir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib. 

Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:

“Həmin təhsil müəssisəsində araşdırma aparılıb. Şagirdin erkən nikaha cəlb olunması barədə  hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb. 

Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib (oxu.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi