azia.az
azia.az

Təhsil Nazirliyi bu universitetlərin diplomunu tanımır - SİYAHI

30-03-2021, 17:12

Təhsil Nazirliyi bu universitetlərin diplomunu tanımır - SİYAHI
Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir.

Nazirlikdən Xeber24.info-ya verilən məlumata görə, səbəblərdən biri tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, digəri isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.
Təhsil Nazirliyi bu universitetlərin diplomunu tanımır - SİYAHI
Qeyd edək ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.

Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.

Sözügedən ali təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq:

Ali təhsil müəssisəsi

İmtina sayı

Regionlararası Heyətin İdarəolunması Akademiyası

152

Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti

103

İvanovo Dövlət Universiteti

101

Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası

101

V.N.Karazin adına Xarkov Milli Universiteti

76

Dağıstan Dövlət Pedaqoji Universiteti

68

Poltava İqtisadiyyat və Ticarət Universiteti

68

Tbilisi Açıq Tədris Universiteti

64

Avropa Universiteti

60

Gürcüstan Texniki Universiteti

58

Cəm

851


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi