Şəkili müəllimə “Qırmızı kitab”a düşdü
Şəkidə Bəxtiyar Vahabzadənin adını daşıyan 1 saylı orta məktəbin Fransız dili müəlliməsi və direktoru Tahirə Cabbarovaya Azərbaycanda ilk dəfə Fransanın “Akademik Palma” ordeni ilə təltif edilib. Təhsil üzrə ali mükafatı şəkili pedaqoqa Fransanın ölkəmizdəki səfiri Orelya Buşez təqdim edib.
200 il tarixi olan “Akademik Palma” ordeninin təhsildə göstərdiyi yüksək fəaliyyəti ilə seçilən müəllim və alimlərə təqdim olunduğunu deyən səfir Orelya Buşez Azərbaycanda ilk dəfə Şəki şəhərində fransız dili müəlliminə bu ordenin təqdim olunması ilə Tahirə Cabbarovanın Fransa dövlətinin qırmızı kitabına düşdüyünü vurğuladı. Şagirdlərin fransız dilində hazırladığı kompozisiya səfirin daha çox marağına səbəb olduğundan o uşaqlarla birgə milli rəqsə də qoşuldu.
“Mən bura təkcə bu ordeni təqdimatı üçün gəlməmişəm, “Turksoy” tədbirində iştirak etdim, Fransanın Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun ailəsi ilə görüşəcəyəm, həm də icra başçısı ilə görüşəcəyəm. Biz başçı ilə şəhərinizin iqtisadi və turizm imkanlarını müzakirə edəcəyik.” – deyə Fransanın ölkəmizdəki səfiri Orelya Buşez bildirib.
Səfir, 1972-ci ildən pedaqoq kimi fəaliyyət göstərən Tahirə Cabbarovanın Fransız dilininin tədrisinə cox böyük töhfə verdiyini, onun yüksək fəaliyyətinin Fransanın təhsil nazirliyi tərəfindəndə çox böyük rəğbətlə qarşılandığı vurğuladı.
Ölkəmizdə multikultural dəyərlərin hər zaman qorunub saxlandığını xanım səfirin diqqətinə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı son 5 ildə Azərbaycan Fransa əlaqələrinin daha da möhkəmləndirilərək daha sıx münasibətlər qurduğunu, Kalmar şəhəri ilə Şəkinin qardaş şəhərlər olmasının bunun bariz nüunəsi olduğunu dedi.