GDU-də nə baş verir? Asif-Vasif qardaşlarına qarşı “Soros” İTTİHAMI
“Gəncə Dövlət Universitetində “İnnovasiyalar deportamenti” adlanan bir şöbə yaradılıb. Həmin şöbəyə rəhbərlik edənlər “Soros”la bağlı olan adamlardır. Bu şəxslər Vasif və Asif Həsənov qardaşlarıdır.”
Bu sözləri, RealMedia.az-ın elektron poçt ünvanına Gəncə Dövlət Universitetinin dosenti Yeganə Hüseynova universitetin müəllim kollektivi adından göndərdiyi məktubunda yazıb.
“Gəncə Dövlət Universitetində “İnnovasiyalar deportamenti” adlanan bir şöbə yaradılıb. Həmin şöbəyə rəhbərlik edənlər “Soros”la baglı olan adamlardır. Bu şəxslər Vasif və Asif Həsənov qardaşlarıdır. Bunlar vaxtı ilə dövlət əleyhinə cinayətdə həbs olunan “Soros Həsən” deyilən şəxsə bağlı şəxslərdir. Onlar Azərbaycan Xalq Cəbhəsinin və “Soros” təşkilatının ən fəal üzvlərindən biri olan keçmiş rektor əvəzi Nadir İbadov tərəfindən GDU-ya transfer olublar. Bunların heç bir elmi dərəcəsi də yoxdur”.
Dosent Yeganə Hüseynova iddia edir ki, rektor Prezidenti aldadmaqla bu şəxsə “Tərəqqi” medalı verilməsinə belə nail ola bilib. O, iddia edir ki, bu iki qardaş bütün il boyu layihə adı altında xarici ölkələrdə universitetin pullarını havaya sovurur. İndiyədək layihə üçün xərclənən pulların bir dəfə də olsun hesabatı aparılmayıb və heç bir maliyyə sənədlərində qeyd olunmayıb. Asif-Vasif qardaşları hər ay “layihə udmuşuq” adı ilə bir xarici dövlətdə olurlar və həmin ölkədə Azərbaycan əleyhinə təxribadlar aparırlar.
Yeganə Hüseynova Asif-Vasif qardaşlarının nənələri erməni olduğunu xüsusi ilə önə çəkərək qeyd edir: “2019-cu ilin may ayında GDU-da keçirilən beynəlxalq konfransda bu qardaşların rektorun “xeyir-duası” ilə gətirdiyi milliyyətcə erməni olan Fransalı qonaqlar da iştirak edirdi.”İmperial” şadlıq sarayında keçirilən ziyafətdə zala türk iştirakçıların şərəfinə Türkiyənin bayraqları gətirildi və bu zaman həmin qonaqlar etiraz əlaməti olaraq məclisi tərk etdilər. Yuxarıda qeyd etdiyimiz kimi,bu qardaşlar rektor Yusif Yusibov tərəfindən maliyyələşdirilir və müdafiə olunur.Onda belə bir sual meydana çıxır, dolayısı yolla Yusif Yusibov kimin dəyirmanına su tökür???”
Hətta Y. Hüseynova qeyd edir ki, Həsənov qardaşlarının həyat yoldaşları, bacıları, xalaları belə universitetdə işləyir: “GDU artıq ailə universitetinə çevrilib. Universitetin dosentləri 500 -600 manat həddində maaş aldıqları halda, bu qardaşlara rektor qeyri-qanuni olaraq 2000 manatadək maaş təyin edib.”
Dosent xanım daha bir iddia ilə çıxış edir: “Vasif və Asif qardaşları universitetdə rektor Yusif Yusibovun kompüterdə test imtahanları maxinasiyasına başçılıq edirlər. İmtahan zamanı istədikləri adamın cavablarını düzəldir, istənilən adamı pul verməyəndə kəsdirirlər. Yusif Yusifov ona “Vaska” kimi müraciət edir. GDU-da komputer və proqramlaşdırma işləri onun inhisarındadır. Semestr imtahanları test üsulu ilə kompyuterlə verildiyinə görə, komputerlə test imtahanlarını o idarə edir. İmtahana pul vermiş tələbələrin qiymətləri Vasif Həsənovun xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu kimi, Həsənov Vasifin də həmişə əlində gəzdirdiyi sehirli noutbuku var. İmtahana girən tələbə monitorun önündə düz cavabları tapıb qaralaya bilməsə də, Vasif Həsənovun noutbukdakı sehirli düymələri bu işi yerinə yetirir. Vasif Həsənov sessiya müddətində “imtahan serveri”nə girib bir-bir düz cavabları qaralayır. Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə bilmir, kəsilir və son nəticədə rüşvət verməyə məcbur olur. Beləcə savadlı kadrlar yetişdirmək amacımızı, körpə fidanlarımızın universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz Vasif Həsənovun möcüzəsi ilə kompyuter vasitəsilə test imtahanları verib qeyri-kafi almış tələbələrin qiymətləri verdikləri pulun məbləğinə uyğun olaraq elə həmin gün düzəlir.Bunu sadə üsulla yoxlamaq olar. Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına. Başqa yollar da var…
Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif Həsənov davamlı şəkildə məhv edir. Vasif Həsənov GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. Yusif Yusifovun baltası… Universitetdə hamı onun nənəsinin erməni olduğunu bilir.
Universitetdə maxinasiyalar baş alıb gedir.İndiki müharibə şəraitində belə rektor hər şeydən qazanc götürmək istəyir.Tədris binalarından asmaq üçün bayraqlar almağa müəllimlərdən pul yığdırır .Amma universitetin büdcəsini talan edirlər.
Hörmət və ehtiramla, Gəncə Dövlət Universitetinin müəllim kollektivi adından dosent Yeganə Hüseynova”
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az