Bu şirə erkən doğuş və iltihabın qarşısını alır
Nar şirəsi ana bətnindəki dölün baş beynində olan bir sıra çatışmazlıqları aradan qaldıra bilər.
Azia.az-ın məlumatına görə, İsrail həkimləri bu qənaətə gəliblər.
Bir qrup alimin apardığı araşdırma nəticəsində məlum olub ki, nar şirəsinin tərkibində olan polifenol maddəsi iltihab əleyhinə xüsusiyyətə malikdir. Bu isə dölün ürək-damar və beynində yarana biləcək hər hansı bir problemin qarşısını ala bilər.
Artıq alimlər siçanlar üzərində sınaq keçiriblər. Nəticədə təzə sıxılmış şirənin bir neçə gün ardıcıl qəbulundan sonra iltihab səviyyəsi nəzərə çarpacaq dərəcədə aşağı düşüb.
Hazırda araşdırma insanlar üzərində həyata keçirilir.
Statistika göstərir ki, əksər hallarda vaxtından əvvəl doğuş halları uşaqlıq daxilində gedən bir sıra iltihabi proseslər səbəbindən baş verir.
Araşdırmalara görə, məhz bu cür doğuşlar zamanı dölün beyni zədələnir.