azia.az
azia.az

Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir

30-09-2018, 08:06

Türkiyədə güclü qasırğa gözlənilir.

Azia.az “Vesti”yə istinadən xəbər verir ki, Aralıq dənizindən gələn siklon getdikcə güclənir və ölkə ərazisinə sentyabrın 30-da çatacaq.

Meteoroloqlar artıq qasırğaya ad tapıblar – “Medikeyn”.

İlk öncə qasırğanın Yunanıstan ərazisindən keçəcəyi ehtimal olunur. Burada küləyin sürətinin saatda 180 kilometrə çatacağı gözlənilir. Türkiyə ərazisinə çatan zaman isə küləyin sürətinin 70-120 km/saat-a düşəcəyi bildirilir.

Qasırğanın İzmirdən Antalyayadək sahilyanı əraziləri əhatə edəcəyi söylənilir.

Qeyd olunur ki, Türkiyənin müasir tarixində belə qasırğa olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi