Moskvada baş verən güclü qasırğa faciə ilə nəticələnib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya paytaxtında qasırğa nəticəsində 11 nəfər ölüb.
Moskva Səhiyyə departamentindən verilən məlumata görə, xəstəxanalara tibbi yardım üçün 50-dən çox insan müraciət edib. Onların arasında uşaqların da olduğu bildirilir. Xəsarət alanlar Moskvanın 10 xəstəxanasına yerləşdirilib.