Amerika Birləşmiş Ştatlarının cənub, cənub-şərq hissəsində güclü qasırğa dağıntılar törədib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Oklahoma ştatında dağıntıların miqyası daha geniş olub. Şiddətli külək ştat ərazisində onlarla evin damını uçurub. Bir neçə yerdə ağaclar kökündən çıxaraq aşıb. Həmçinin, çoxlu sayda avtomobillərə də ziyan dəyib.
Amerikanın Milli Hava Xidməti Arkanzas, Missuri və Kanzas ştatlarında da qasırğa gözlənildiyinə dair xəbərdarlıq edib. Ştat sakinləri zərərdən qaçmaq üçün tədbirlər görməyə başlayıblar.