azia.az
azia.az

Mehriban Əliyevaya müraciət: Onu da xilas edin

13-09-2018, 17:28

Mehriban Əliyevaya müraciət: Onu da xilas edin

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib.

Müraciətdə Nigar İsmayılqızının vəziyyətinin getdikcə ağırlaşdığı bildirib.

Müraciət mətnində Mehriban xanım Əliyevanın çətin vəziyyətdə olan insanlara dəfələrlə yardım etməsi vurğulanıb və jurnalistin müalicəsi üçün Birinci vitse-prezidentdən kömək istənilib.

Bundan başqa, Nigar İsmayılqızının Azərbaycanda, Türkiyədə tanındığı və öz imzası ilə yüzminlərlə insanın sevimlisinə çevrildiyi qeyd edilib.

Müraciəti bir çox ölkə ziyalısı, tanınmış şəxslər və KİV nümayəndələri imzalayıblar.

Xatırladaq ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi