4 sığorta şirkəti müştərilərinə az ödəniş edib - SİYAHI
Xəbər verdiyimiz kimi 2025-ci ilin yanvar-noyabr aylarında sığorta şirkətlərinin ödənişləri 844 milyon 833 min manat olub.
Azia.az Valyuta.az-a istinadən xəbər verir ki, sığorta ödənişlərində ötən ilin eyni dövrü ilə müqayisədə 150 milyon 780 min manat və ya 21,72% çox olub.
Belə ki, ötən ilin eyni dövründə isə sığorta ödənişləri üzrə ümumi məbləğ 694 milyon 53 min manat təşkil edib.
Lakin bəzi sığorta şirkətlərinin ödənişlərində sözügedən dövr ərzində azalma müşahidə olunub.
Aşağıdakı cədvəldə həmin sığorta şirkətləri ilə tanış olmaq olar.

Sərvanə Rəmixanova