azia.az
azia.az

Kommunal xidmətlərin BAHALAŞMASI İLƏ bağlı MÜHÜM AÇIQLAMA

Bu gün, 16:03

"Təəssüf ki, ölkədə gedən müzakirələr, təbii inhisarçıların verdiyi açıqlamalar, maya dəyərinin yüksək olması və xərclərini qarşılaya bilməməsi, ziyanla işləməsi ilə bağlı verilən bəyanatlar onu deməyə əsas verir ki, növbəti il, yaxud bundan sonrakı illərdə kommunal xidmətlərdə bahalaşma davam edə bilər".

Bunu Ajans.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, kommunal xidmətlərin bahalaşması təkcə sosial problem deyil, həm də iqtisadi problemlər yaradır:

"Çünki bu bahalaşma təkcə əhali üçün yox, həm də biznes üçün bahalaşır. Bu zaman onlar da xidmət və istehsalda qiymət artımı etməyə məcbur olurlar və bu, infsyasiyanı sürətləndirir. Yəni kommunal xidmtələrin bahalaşması bütün sahələrə neqativ təsir göstərir və inflyasiya sürətlənmiş olur. Bu, iqtisadi nəzərriyədə geniş yayılmış və təsdiqini tapmış yanaşmadır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi