azia.az
azia.az

Ərdoğana SEÇKİDƏ RƏQİB GÖRÜN KİM OLACAQ

Bu gün, 16:44

Türkiyədə keçiriləcək növbəti prezident seçkilərində əsas namizədlərin adları bəlli olub. Ekstremal situasiya yaranmasa, AKP-nin namizədinin indiki prezident Rəcəb Teyyub Ərdoğan olacağı heç kimdə şübhə doğurmur.

Xəbər verilir ki, əsas muxalifət partiyası da artıq öz namizədini müəyyənləşdirib. Növbəti prezident seçkilərində müxalifətin namizədinin Cümhuriyyət Xalq Partiyasının sədri Özgur Özəl olacağı gözlənilir.

Qeyd edək ki, CXP lideri prezidentliyə namizəd olacağının anonsunu dünən İstanbulda keçirilən mitinqdə verib. O, üzünü Türkiyənin dövlət başçısı Rəcəb Teyyub Ərdoğana tutaraq belə deyib: "Səninlə güllü-çiçəkli baharda da, qarlı-boranlı qışda da yarışmağa hazıram. Seçkinin vaxtını təyin et".

Xatırladaq ki, CXP-nin prezidentliyə namizədi hazırda məhbus həyatı yaşayan İstanbulun bələdiyyə sədri Əkrəm İmamogludur. İmamoğlunun məhkəmə prosesinin ən azı bir neçə il davam edəcəyini nəzərə alan Özəl özü meydana çıxmağa qərar verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi