azia.az
azia.az

Bakı şəhərində skuterlərin parklanma prinsipləri

Dünən, 17:00

 

Azia.az-a verilən məlumatab götə, elektrik skuterlərdən istifadə artdıqca, bu nəqliyyat vasitələri ilə bağlı aktual mövzular da ictimai müzakirələrin mərkəzinə çevrilir. Bu mövzular arasında təhlükəsizlik məsələləri və skuterlərin düzgün parklanma prinsipləri xüsusi yer tutur.

 Parklanma qaydaları təkcə təhlükəsizlik baxımından deyil, həm də şəhər sakinləri üçün yol hərəkətinin rahatlığı və şəhər görüntüsünün səliqəli saxlanması baxımından önəmlidir. Hazırda Bakıda skuterlərin düzgün yerləşdirilməsi üçün 530 rəsmi parklanma zonası (slot) ayrılıb.

 Bolt Skuterlər komandasının meneceri Elnur Hacılı bildirib:

Bolt olaraq bilirik ki, təhlükəsizlik yalnız səfər zamanı baş verənlərlə məhdudlaşmır. Təhlükəsizlik və parklanma funksiyalarımızla yanaşı, bu kimi asan yadda qalan tövsiyələr vasitəsilə hər bir skuter sürücüsünə Bolt skuterləri və elektrik velosipedləri ilə düzgün parklama üçün atmalı olduqları addımlarda dəstək olmağı hədəfləyirik.”

 Skuter Parklanması üzrə 3 Vacib Qayda

 Səfərinizi bitirmək istədiyiniz ərazidə parklama mümkün olduğuna əmin olun

Gəzintiyə başlamazdan əvvəl və ya səfər zamanı Bolt tətbiqindən istifadə edərək təyinat nöqtənizin yaxınlığında uyğun parklanma zonalarının olub-olmadığını yoxlaya bilərsiniz. Əgər parklama qadağan olunmuş zonadasınızsa, skuterin idarə panelində parklanma xəbərdarlığı işığı yanacaq və tətbiqdə sizə icazə verilən və verilməyən zonalar vizual şəkildə göstəriləcək. 

 

Skuterin dik vəziyyətdə olduğundan əmin olun

Yıxılmış və ya düzgün park edilməmiş skuter digər sürücülər, velosipedçilər və ya piyadalar üçün təhlükə yarada bilər. Səfərinizi bitirdikdən sonra skuterin çıxardığı səslərə diqqət yetirin. Əgər skuterin sensorları 15%-dən artıq əyilmə aşkar edərsə, sizi xəbərdar edəcək və yenidən düzgün park etməyinizi xahiş edəcək.

 

 Düşmüş skuterlərə qarşı laqeyd qalmayın

Bəzən skuterlər təsadüfən yıxıla bilər. Bolt hər kəsi, gördüyü yıxılmış skuteri yerindən qaldıraraq düzgün şəkildə park etməyə təşviq edir. Bu həm şəhər səliqəsi, həm də ictimai təhlükəsizlik üçün vacibdir. Üstəlik, skuter bunu etdiyiniz üçün sizə “sağ ol” deyə bilər 😊

Unutmayaq ki, düzgün parklanma yalnız qaydalara riayət deyil, həm də şəhər mədəniyyətinə və təhlükəsizliyə töhfədir. Hər bir istifadəçinin məsuliyyətli davranışı Bakı şəhərinin daha nizamlı və yaşanabilir olması üçün vacibdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi