azia.az
azia.az

Əli Həsənov yanan binanın sakinləri ilə görüşüb

7-06-2017, 15:54

Əli Həsənov yanan binanın sakinləri ilə görüşüb


Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda məcburi köçkünlərin yaşadığı yanan binanın sakinləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, sədr hər kəsin qısa müddət ərzində yerləşdiriləcəyini bildirib:
“Mənzili yanan şəxslərin siyasını tələb etmişəm. Buradan çıxıb İcra Hakimiyyətinə gedəcəm. Narahat olmayın, hər kəs yerləşdiriləcək. Qərar verilsə ki, Fövqəladə Hallar Nazirliyi burada bir yerdə palatka qursun, sizi orada yerləşdirəcəyik. FHN hər şeylə sizi təmin edəcək. Sizin orada qalmağınız 1 gün çəkəcək, iki gün çəkəcək deyə bilmərəm. Ondan sonra da hamı yerləşdiriləcək. Başqa variantım yoxdur. Hökumət heç kimi çöldə qoymayacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi