azia.az
azia.az

ETİRAZ! Yanan binanın sakinləri ilə görüşən "Qaçqınkom" sədri FİTƏ BASILDI

7-06-2017, 15:38

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanan binanın sakinləri ilə görüşür.

BiG.AZ-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, sədr bina sakinləri ilə söhbət edib. Hadisənin yaranma səbəbləri ilə maraqlanıb. Sayğacda yaranan qısaqapanma halının daha öncə də baş verib-verməməsi ilə maraqlanıb.

Ə.Həsənov aidiyyatı qurumların olayı diqqətdə saxlayacağını nəzərə çatdırıb.

Lakin görüş insidentsiz ötüşməyib. Belə ki, binada yaşayan sakinlər sərdin gəlişini etirazla qarşılayaraq, onu fitə basıblar.

Bundan qeyzlənən Ə.Həsənov, "Fit çalırsız ki, çıxım gedim? Gəlməmişəm ki, fitə çalanlara qulaq asım. Nə probleminiz varsa, normal formada deyin" - deyə, söyləyib.

Xatırladaq ki, Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib. 5-ə yaxın mənzil yanıb. 100-ə yaxın insana isə maddi ziyan dəyib. Çoxunun sənəd və pullarının içəridə qaldığı bildirilir. Yanğının işıq sayğaclarından başladığı bildirilir. Yanğının tüstüsündən bir nəfər zəhərlənib.

Politico.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi