Nazir veteran pulu ilə bağlı bunları dedi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteranlara verilən 80 manat aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Xəbər verilir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir. “Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - deyə S. Babayev əlavə edib.