azia.az
azia.az

Azərbaycanda uşaq verilişləri ilə bağlı yeni qadağa

28-05-2017, 13:39

Azərbaycanda uşaq verilişləri ilə bağlı yeni qadağa


Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Bununla bağlı “Uşaq hüquqları haqqında” qanuna yeni əlavələr təklif edilir.

Qanuna əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Əlavəyə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (Trend)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi