azia.az
azia.az

“Nar” və "NETTY" ilin ən yaxşı internet təşəbbüslərını mükafatlandıracaq

10-10-2024, 18:46

 Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycanda təhsil, informasiya və kommunikasiya texnologiyalarısahəsində irəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatı ilə ənənəvi əməkdaşlığını davametdirir. Bu gündən etibarən, müsabiqədə qeydiyyat netty.az/az/registration səhifəsi üzərindən açıq elan edilir.

 Elm, təhsil, innovasiya, səhiyyə, idman, turizm, məlumat və xəbərlər kimi geniş spektri əhatə edən 9 nominasiyada vebsaytlar, tətbiqlər və sosial media layihələri müsabiqədə iştirak üçün təqdim edilə bilər. 

 Qeyd edək ki, hər il “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “NETTY” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır.“NETTY” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarif istiqamətinə uyğun olaraq həyata keçirilir.“Nar”ın KSM layihələri haqqında daha ətraflınar.azsəhifəsindən öyrənə bilərsiniz.

 Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi