azia.az
azia.az

“Nar”və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq

12-10-2023, 18:00

 

“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının sahəsində irəli sürülən təşəbbüslərə dəstək olmaq məqsədilə, “Netty”ilə əməkdaşlığını davametdirir. “Netty”münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini və mühüm veb-resurslarınımükafatlandırırlar.

 Müsabiqəyə qatılmaq üçün netty.az saytına daxil olaraq layihəniziaşağıdakı9 nominasiya üzrə təqdim edə bilərsiniz:

Dövlət və Elektron Cəmiyyət

Sosial məsuliyyət və cəmiyyət

Biznes və sahibkarlıq

Maliyyə və banklar

Elektron ticarət və kommersiya

Elm, təhsil və innovasiya

Səhiyyə, idman və turizm

Məlumat və xəbərlər

Mədəniyyət və incəsənət

 Hər nominasiyanın 3 alt kateqoriyası var: Vebsaytlar, Tətbiqlər, Sosial kanallar və səhifələr. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr 2023 tarixidir.

 “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “Netty” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır.“Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. “Nar”ın layihələri haqqında daha ətraflı: nar.az/projects

 Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi