Ümumdünya meteorologiya təşkilatı ciddi tədbirlər görülməsini tələb edir
“Yaxın illərdə dünyanı böyük fəlakət gözləyir. Bunun səbəbi isə qlobal istiləşmədir.”
İstiPress-in məlumatına görə, bunu Ümumdünya meteorologiya təşkilatı bəyan edib.
Təşkilatın hesabatında qeyd olunur ki, 2016-cı ilin qlobal iqlim vəziyyətinə nəzər salanda çoxsaylı əlamətlərdən görünür ki, planetimizdə hava şəraiti daha ekstremal olacaq.
Meteorologiya təşkilatı aşağıdakı əlamətləri təqdim edir:
2016-cı ildə havanın temperaturu normal səviyyədən 1,1 dərəcə yüksək olub;
Afrikada yağıntının miqdarı normal səviyyədən 60% aşağı düşüb;
Cənub-şərqi Asiyada daşqınlar nəticəsində yüz minlərlə insan miqrasiya edib;
Arktika və Antraktidada buzlar rekord səviyyədə əriyib;
Çində tarix boyu görünməmiş dərəcədə rütbuətli hava müşahidə olunub;
Kanadada quraqlıqlar geniş yayılmağa başlayıb, hətta ötən il güclü meşə yanğınlarıb baş verib;
Dünyanın müxtəlif yerlərində də meşə yanğınları yayılıb.
Kanadada quraqlıq
Alimlər hesab edir ki, 2017-ci ildə Yer kürəsini fəlakət gözləyir. Bunun səbəblərindən biri okean sularında temperaturun getdikcə artmasıdır. Bunun qarşısının alınması üçün ciddi tədbirlər görülməsə, planetimiz cəhənnəmə dönəcək.