azia.az
azia.az

Əcnəbilərin Azərbaycanda ov etməsi neçəyə başa gəlir? – MƏBLƏĞ

26-02-2017, 20:39

Əcnəbilərin Azərbaycanda ov etməsi neçəyə başa gəlir? – MƏBLƏĞ


Zəngin və əlverişli təbii şəraitə malik olan Azərbaycanda son illər ovçuluq aktuallaşıb. Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir.

Bakunews.Az fins.az-a istinadən xəbər verir ki, quş və dağ keçisi ovu sahələri daha çox inkişaf edib.

Əgər ovçular cəmiyyətinə üzv olmaq istəsəz o zaman 11 manat dövlət rüsumu ödəyib imtahan verməli olacaqsız. İmtahanlar hər ay keçirilir. Yalnız bundan sonra ovçular cəmiyyətinə üzv ola bilərsiz. Ov mövsümü isə hər il iyun ayının ilk həftəsindən başlayaraq mart ayının 10-na kimi davam edir. Məlumat üçün bildirək ki, ov heyvanına müvafiq olaraq ovçuluğun tarixi və məkanı müəyyən olunur.

Əcnəbi ovçu turistlərini ölkəmizə, əsasən, turizm şirkətləri gətirir. Hər turizm şirkəti özünün tur paketini təqdim edir. Turizm şirkətlərindən birinin quş ovu üçün təşkil etdiyi tur paketin bir nəfər üçün qiyməti 1 800 dollardı. Amma bu məbləğ minimum 4 nəfər turist üçün nəzərdə tutulub. Əgər turistlərin sayı iki nəfər ensə o zaman hər turist 2 min dollar ödəməli olacaq.

Tura 4 gecə 5 gün, villada qalmaq, avtomobil və lazım gələrsə qayıqla təchizat, qanuni lisenziya və gündə 3 dəfə yemək, bələdçi və silahlar daxildir. Ov İmişli ərazisində həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi