azia.az
azia.az

Əli Abbasov açıqlama verdi - “250 milyon absurd bir rəqəmdir”

16-11-2016, 15:49

Əli Abbasov açıqlama verdi - “250 milyon absurd bir rəqəmdir”“Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu unikal.org-a açıqlamasında keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Qaynı Elçin İbrahimovun RYTN xətti ilə 250 milyon manatlıq tikinti işləri gerçəkləşdirməsi haqda yayılan xəbərlərə cavab olaraq Ə. Abbasov deyib ki, bunlar cəfəng fikirlərdir: “100-ə yaxın orta və kiçik şirkətlə işləmişik. Bütün bunların hamısına birlikdə qeyd olunan məbləğdə pul köçürülməyib. 250 milyon absurd bir rəqəmdir. "Qafqaz-S”-də həmin şirkətlərdən biri olub. Nə təklikdə, nə də cəm şəkildə şirkətlərə bu məbləğdə pul köçürülməsi olmayıb”.

Xatırladaq ki, “Yeni Müsavat”ın yaydığı xəbərdə bildirilir ki, müstəntiqlərin sorğu-sualları ilə üz-üzə qalanlar sırasında Əli Abbasovla yanaşı, onun qaynı Elçin İbrahimov da var. E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. Onun sədri olduğu “Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub. Əli Abbasovun qohumlarının, oğlunun və digər yaxınlarının da tikinti şirkətləri də var. Həmin şirkətlərə RYTN-yi xətti ilə tikinti aparmaq üçün külli miqdarda büdcə pulları köçürülüb. Belə şübhələr var ki, həmin vəsaitlərin də böyük hissəsi mənimsənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi