azia.az
azia.az

Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR

7-02-2022, 22:14

Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR
Bildiyiniz kimi ötən il pensiyalarla bağlı əhalini sevindirən 40%-lik artım qərarı bütün təqaüdçülərə şamil olunmadı. Ona görə də indi insanların məsələ ilə bağlı yeni qanunların tətbiqi gözləntisi var. Bəs görəsən yaxın günlərdə pensiyalar artırılacaqmı?


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hafta.az-a açıqlamasında bildirdi ki, ən son verilən qərarla kimlərki 240 manatdan aşağı təqaüd alırdı onların pensiyası 240 manata çatdırıldı. 240 manatdan yuxarı təqaüd alanlara isə bu qanun şamil olunmadı. Ancaq yaxın günlərdə bununla bağlı Prezidentin yeni sərəncam imzalayacağı gözlənilir:

“Ötən il Milli Məclisin qərarı ilə pensiya haqqında qanuna dəyişikliklər edilərək pensiyaların minimum məbləği 200 manatdan 240 manata qaldırıldı. 240 manatdan yuxarı təqaüd alanlara isə bu qanun şamil olunmur. Pensiyaların sığorta hissəsinə gəldikdə isə yaxın günlərdə bununla bağlı prezidentin sərəncamı olacaq. Bunun nəticəsində pensiyaların sığorta hissəsi ötən ilki infilyasiya uyğun qaldırılacaq. Prezident sərəncamı adətən hər il fevral ayında olur. Bu sərəncamla həyata keçiriləcək artım isə bütün pensiyaçılara şamil olunacaq”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi