Əhmədiyyə Cəbrayılovdan yazdı
Fransanın ən böyük regional mətbu orqanlarından olan “La Depeche du Midi” qəzeti Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Montauban şəhəri yaxınlığında İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədi ilə qoyulmuş xatirə abidəsinin açılmasına bir neçə məqalə həsr edib.
Gün.Az xəbər verir ki, belə ki, hələ 9 may 2016-cı il sayında Əhmədiyyə Cəbrayılovun şərəfinə xatirə abidəsinin qoyulacağını xəbər verən “La Depeche du Midi” qəzeti daha sonra 19 iyun tarixli nömrəsində İkinci Dünya Müharibəsində Fransa Müqavimət Hərəkatında fransız vətənpərvərlə çiyin-çiyinə vuruşan Azərbaycanlıların xüsusi rolunu xatırladır.
22 iyun tarixli sayında qəzet Maquis de Kabertat partizan dəstəsində azərbaycanlıların rolunu xüsusi vurğulayıbr. Məqalədə qeyd edilir:
“Millətlərin həmrəyliyi, fərqliliklərə hörmət və yekdil sülh arzusu adı altında 20 iyun tarixində baş tutan və Maquis de Kabertat partizan dəstəsinə faşistlər tərəfindən hücumun 72-ci ildönümünə həsr olunmuş təsirli anım mərasimi xüsusi məna daşıyırdı. Bu dəfə diqqət Azərbaycana yönəlmişdi. Bu ölkə Fransa Müqavimət Hərəkatına bir çox döyüşçülər bəxş etmişdir. Bu dəfə mərasim bu döyüşçülərdən ən tanınmışı, “Xarko” və “Akmed Mişel” ləqəbləriylə tanınan və 1944-cü ildə Maquis de Kabertat və daha sonra Üçüncü Qusar partizan dəstələrində vuruşmuş Əhmədiyyə Cəbrayılova həsr edilmişdi. Bir çox şahidlər onu azadlıq uğrundə qətiyyət və cəsarətlə vuruşan döyüşçü kimi təsvir edir.
Xatirə lövhəsinin açılışı mərasimi Azərbaycanın Fransadakı Səfirliyinin mədəni məsələlər üzrə müşaviri Ayaz Qocayev və Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Mari-Letisiya Qurden, və cəmiyyətin kommunikasiya məsələləri üzrə əməkdaşı Ülkər Müllerin iştirakı ilə baş tutmuşdur. « Burda əsas məqsəd Azərbaycan və Avropa ölkələri arasında körpü qurmaq missiyasmızı əbədilədirməkdir. Təşkilatımızın qurduğu bu əlaqələr həm də sülh daşıyıcısıdır” – deyə bu təşəbbüsdən qürur hissi keçirdiyini deyən Mari-Letisiya Qurden qeyd etmişdir.”