azia.az
azia.az

Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək – YENİLİK

8-05-2016, 17:14

Sürücülük vəsiqələri pul kartı kimi istifadə ediləcək – YENİLİK Sürücülük vəsiqələrindən plastik ödəmə kartı kimi də istifadə etmək mümkün olacaq. Lent.az fins.az-a istinadən xəbər verir ki, 2013-cü ilin yanvar ayından etibarən sürücülük vəsiqələri yenilənməyə başlayıb.Bu vəsiqə köhnələrdən həm ölçüsünə, həm də içərisindəki məlumatlara görə fərqlənir. Yeni vəsiqələrin içərisinə xüsusi çip yerləşdirilib. Həmin elektron daşıyıcı sayəsində gələcəkdə sürücülük vəsiqələrinin balansına pul yükləmək və onlardan ödəniş vasitəsi kimi istifadə edilməsi mümkün olacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, gələcəkdə bu çiplərin vasitəsilə müəyyən ödənişlərin də həyata keçirilməsi mümkün olacaq. «Bu çiplərdən banklarda istifadə oluna bilər, bura müəyyən pul yatırıla bilər ki, sürücülər onunla müəyyən ödənişləri, məsələn cərimələrini ödəyə bilsinlər». Gələcəkdə bu kartın balansındakı pula metroda və avtobuslarla gediş haqqını da ödəmək mümkün olacaq».
Hətta bəzi banklar da bu prosesə maraq göstərib. Lakin hələlik qəti qərar qəbul edilməyib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki,2013-cü ildən əvvəl verilən sürücülük vəsiqələri də istifadə müddəti bitdiyi üçün dəyişdirilərkən çip yerləşdirilmiş şəkildə, yeni dizaynda sahibinə təqdim ediləcək.
Vəsiqələri vaxtından əvvəl dəyişdirməyə ehtiyac yoxdur. Lakin sürücü özü istəyərsə, vəsiqənin vaxtı bitməmiş 18 manat dövlət rüsumunu ödəməklə onu yenisi ilə dəyişdirə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi