azia.az
azia.az

İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib

15-11-2018, 14:58

İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.

Azia.Az-ın xəbərinə görə, dövlət başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev Azərbaycanda idmana, o cümlədən paralimpiyaya yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirib ki, ölkədə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır. Azərbaycanda paralimpiyaçılara göstərilən xüsusi diqqət və qayğıdan danışan dövlətimizin başçısı bildirib ki, paralimpiyaçılarımız Yay Paralimpiya və eləcə də Avropa Oyunlarında yaxşı nəticələr göstəriblər.

Prezident İlham Əliyev Endrü Parsonsun Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının Bakıda keçirilən iclasında iştirakının önəmini qeyd edib və ölkəmizin bu təşkilatla da yaxşı əməkdaşlıq həyata keçirdiyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi