Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədrini təyin edib.
Gün.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, bu vəzifəyə Rüfət Aslanlı təyin edilib.