Məsud Bərzani İraqın qoyduğu bütün qırmızı xətləri keçib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraqın keçmiş baş naziri və indiki prezident köməkçisi Nuri əl-Maliki söyləyib.
“Bərzaninin qanuni olaraq Kərkükün ayrılması ilə bağlı referendum keçirməyə haqqı yoxdur. İraqda heç bir vilayət və bölgənin ölkədən ayrılması haqqında qanun yoxdur. Əgər Bərzani müstəqillik prosesini davam etdirsə, İraq ordusu buraya müdaxilə edəcək. Bərzani Türkiyə, İran, İraq və Suriyanı parçalamaq istəyir. Onun üçün dörd ölkənin müdaxiləsinə ehtiyac var”, – deyə o bildirib.