azia.az
azia.az

Astana formatının gələcəyi Suriyadakı hadisələrin inkişafından asılıdır

9-12-2024, 16:01

Suriyadakı vəziyyət Suriya nizamlanması üzrə Astana formatı (Rusiya, İran və Türkiyənin iştirakı ilə) çərçivəsində növbəti addımları müəyyən edəcək.

Xəbər verilir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Suriyada vəziyyətlə bağlı İran parlamentariləri ilə görüş barədə danışarkən o qeyd edib ki, Astana formatının gələcəkdə davam etdirilməsi Suriyadakı hadisələrdən və zəmanətçi ölkələrin qərarlarından asılı olacaq", - agentlik bildirib.

Suriya müxalifət qruplarının Astana formatı çərçivəsində növbəti görüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala A.Əraqçi cavab verib ki, bu formata yalnız İran, Rusiya və Türkiyə daxildir. Suriya hökuməti və ərəb ölkələri heç vaxt bu danışıqlarda iştirak etməyib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi