Ülvi Quliyev: "Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir"
15 saylı Yasamal birinci seçki dairəsindən növbədənkənar parlament seçkilərində namizəd olan Ülvi Quliyev seçki kompaniyasını uğurla davam etdirir. Bunları özünün sosial media hesabından Ülvi Quliyev yazıb.
Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir. Komandamızın üzvləri çalışırlar ki, daha çox seçici ilə görüşüb hazırladığımız materialları onlara təqdim etsinlər. Bu işi seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi avqustun 31-dək hər gün davam etdirəcəyik.