azia.az
azia.az

Hansı iqtisadçılar deputatlığa namizəd olur? - SİYAHI

27-07-2024, 17:13

Ölkəmizdə sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə maraq böyükdür.

Seçkidə partiya sədrləri, partiya üzvləri ilə yanaşı müxtəlif sahələrdən olan şəxslər də mübarizə aparacaqlar. Onlar arasında birtərəf namizəd olaraq iştirak edənlərin də sayı az deyil. Budəfəki seçkiyə xüsusilə iqtisadçıların da böyük maraq göstərdiyini deyə bilərik. Çünki bir çox tanınmış iqtisadçı-ekspert deputatlığa namizəd olub.

"Cebheinfo.az" deputatlığa namizədliyini irəli sürən iqtisadçıların siyahısını təqdim edir.

* Tanınmış iqtisadçı, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov növbəti dəfə parlament seçkilərində iştirak edəcək. O, 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd olub. 

* Hakim Yeni Azərbaycan Partiyası isə 59 saylı Quba seçki dairəsindən Əlibala Səttar oğlu Məhərrəmzadəni deputatlığa namizəd irəli sürüb. O, 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini alıb. 

* Məşhur iqtisadçı-ekspert və Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli də deputatlığa namizəd olub. O, 33 saylı Xətai Birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

* Məşhur iqtisadçı-ekspert Razi Abbasbəyli də deputatlıq uğrunda mübarizə aparacaq. O, 67-saylı Sabirabad Seçki Dairəsindən namizəd olub.

* Diğər tanınmış iqtisadçı-ekspert Eyyub Kərimli də deputatlığa namizəd olub. O isə Nizami rayonu 24 saylı birinci seçki dairəsindən mübarizəyə qatılacaq.

Elmir Mustafa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi