Sərdar Cəlaloğlu namizədliyini niyə GERİ götürdü?
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu deputatlığa namizədliyini geri götürüb.
O, 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Lakin ötən gün sürpriz qərarla geri çəkildi.
Bəs Sərdar Cəlaloğlunun çəkildiyi dairədə rəqibi kim idi?
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən Babayev Asiman Əli oğlunun namizədliyini irəli sürüb.
O, YAP-ın ilk dəfə deputatlığa namizəd göstərdiyi 66 nəfərdən biridir.
Elmir Mustafa