azia.az
azia.az

“Şimali Kiprin müstəqil dövlət kimi tanınacağı sual altındadır” — Bölgə Türkiyəyə birləşə bilər

25-07-2024, 10:24

"Şimali Kipr bir türk cümhuriyyəti olaraq dünya səhnəsindədir, amma beynəlxalq ictimaiyyət tərəfindən dövlət kimi tanınmır. Kipr Avropa İttifaqına üzvdür. Şərqi Aralıq dənizi hövzəsi olan bu ölkə neft və qazla zəngindir. ABŞ və Aİ bu sərvətlərə sahib olmaq istəyir, ona görə də Şimali Kiprin müstəqil dövlət kimi tanınması onlara sərf etmir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova deyib. O qeyd edib ki, Türkiyə bu gün Şimali Kiprin bir dövlət kimi tanınmasına çalışır:

“Son illərdə Türkiyə regionda böyük aktora çevrildikcə Şimali Kipr dünyanın bəzi böyük təşkilatlarının tərkibində təmsil olunmağa başlayıb. Türkiyə bu istiqamətdə addımlar atır. Onu da qeyd etmək lazımdır ki, bir çox dövlətlər tərəfindən Şimali Kiprin müstəqil dövlət kimi tanınacağı sual altındadır, Qərbdə də, Yaxın Şərqdə də vəziyyət belədir. Kipr bölgədə türk kimliyinin qorunmasına çalışır. Dövlət kimi  tanınmasa belə Türkiyənin tərkibində muxtar bölgə kimi varlığını davam etdirməyə razıdır. Belə olan halda xarici siyasətdə rəsmi Ankaraya bağlı olacaq, daxildə isə müstəqil siyasət yürüdəcək. Şimali Kipr Türk Cümhuriyyəti bugünkü gündə faktiki olaraq Türkiyənin bir muxtar vilayəti qismində çıxış edir. Konstitusiyada dəyişiklik etməklə rəsmi olaraq Türkiyənin muxtar bölgəsinə çevrilə bilər”.

Qeyd edək ki, Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı Cümhuriyyətin Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsi ehtimalından danışıb. Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib. 


Törə Zeynallı



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi