azia.az
azia.az

Ərdoğandan ABŞ-a ismarıc: Səhvinizi düzəldin!

11-05-2017, 06:48

Ərdoğandan ABŞ-a ismarıc: Səhvinizi düzəldin!


Ərdoğandan ABŞ-a Silah Reaksiyası: Bu Məsələ Bizim Üçün Milli Təhlükəsizlik Məsələsidir
azia.az xəbər verir ki, ABŞ-ın Suriyadakı YPG/PKK-ra ağır silah vermə qərarını sərt dillə tənqid edən Prezident Ərdoğan "Bu məsələ bizim üçün milli təhlükəsizlik məsələsidir. Ümid edirəm ki, ABŞ səfərimdən əvvəl bu səhvdən geri addım atacaq" dedi.
"Suriyada 6 ildir 1 milyon insanın həyatına bais olan bir iç savaş gedir. DEAŞ, Əl-qaidə və YPG kimi terror təşkilatlarının Suriyadakı xaosu fürsətə çevirməsinin əleyhinəyik.
ATILMASI Lazım Olan ADDIMLARI ATDIQ.
3 milyon qaçqına qapını açan Türkiyə oldu. Terror təşkilatları arasında fərq qoyulmaması gərəkdiyini, terrorçunun yaxşısı-pisi olmadığını dedik. DEAŞ terror təşkilatına bu ana qədər ən böyük zərbəni vuran Fərat Qalxanı Hərəkatıdır.
Hansı səbəblə olursa -olsun DEAŞLA mübarizə bir başqa terror təşkilatıyla aparılmamalıdır. Bizlər müttəfiqlərimizin terror təşkilatlarının deyil, bizim yanınmızda olacağına inanırıq"-deyə Ərdoğan əlavə edib..


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi