azia.az
azia.az

Sarkisyan hakimiyyəti bölüşdürməyə başlayıb

9-05-2017, 10:56

Sarkisyan hakimiyyəti bölüşdürməyə başlayıb

Erməni oliqarxın arxasında kimlər dayanır

Ermənistanda parlament seçkiləri başa çatsa da, ölkədə deputatlar və opponentlər arasındakı qalmaqal bitmək bilmir.

İstiPress-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu dəfəki siyasi qalmaqal Serj Sarkisyanın rəqibi olan Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Tsarukyan” bloku ilə bağlıdır.

“Jamanak” qəzeti yazır ki, parlament seçkisi ərəfəsində “Tsarukyan” blokundan 23 nəfər namizədliyini geri götürəcəyi ilə bağlı ərizə yazıb. Lakin seçkilər başa çatdıqdan sonra qalib gələn namizədlərdən 12-si imtina ərizəsini yazmayıb.

Onlar bildiriblər ki, öz mandatları uğrunda mübarizə aparacaqlar. Qəzetin yazdığına görə, Sarkisyan və Tsarukyan hakimiyyəti öz aralarında bölüblər və adamlarını strateji postlara yerləşdirməyə başlayıblar.

Bundan əvvəl isə “Jamanak” qəzeti yazıb ki, baş nazir Karen Karapetyan erməni əsilli Rusiya oliqarxı Samvel Karapetyan ilə birləşib və pul vasitəsilə Sarkisyanın tərəfində olan deputatları öz sıralarına cəlb edir.

Sarkisyan hakimiyyəti bölüşdürməyə başlayıb

Serj Sarkisyan və Qaqik Tsarukyan
Bununla yanaşı, baş nazir siyasi dayaqlarını möhkəmləndirmək üçün müxalif “Tsarukyan” blokunun üzvlərini də pulla almağa çalışır. Erməni qəzeti Sarkisyana qarşı möhkəmlənməyə çalışan Karapetyana dəstəyi verənin Rusiya oliqarxı olmasına diqqəti çəkib.

“Rusiya da artıq Sarkisyana “stavka” etmək fikrində deyil. Çünki Sarkisyan son illər Moskvaya qarşı siyasət yürüdür və Avropaya meyllənir”, - deyə “Jamanak” yazır.

“Joxovurd” (Xalq) qəzeti isə yazır ki, parlament seçkilərindən sonra hakim Respublika partiyasında deputatlar arasında qarşıdurmalar baş verir.

Sarkisyan artıq yeni komandasını yığmağa başlayıb. Hökumətdəki mənbə qəzetə bildirib ki, prezident gələn ilin aprel ayına qədər hökumətdə ciddi islahatlar aparacaq. Çünki bir il sonra Sarkisyanın prezident səlahiyyətləri başa çatacaq. Ölkə tamamilə parlament üsul-idarəsinə keçəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi