azia.az
azia.az

Sarkisyan rejimi qalib gəldi, erməni xalqı uduzdu

10-04-2017, 10:11

Sarkisyan rejimi qalib gəldi, erməni xalqı uduzdu

Beynəlxaq qurumların bəyanatları ilə Sarkisyan rejiminin açıqlamaları üst-üstə düşmür

"Sözsüz ki, Ermənistanda keçirilən parlament seçkilərində heç bir qayda pozuntusu qeydə alınmayıb". İstiPress-in məlumatına görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissyasının rəhbəri Tiqran Mukuçyan ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət blokunun seçkilərin ləğv edilməsi tələbinə cavabında deyib.

MSK rəhbərinin çıxışı çox qəribədir. Halbuki Avropa Birliyi, AŞPA nümayəndələri qeyd ediblər ki, parlament seçkiləri vaxtı çox sayda qayda pozuntusu müşahidə olunub.

Bundan başqa, ABŞ və İngiltərənin Ermənistandakı səfirləri qeyd ediblər ki, seçkilər vaxtı seçicilərin çoxunun səsi hökumət tərəfindən pulla alınıb. Amma MSK nümayəndələri heç nə görməyib və heç nə eşitməyib. Deyəsən orada kor və karlar yığışıb.

Parlament seçkiləri keçirilməzdən əvvəl Levon Ter Petrosyan demişdi: “Normal parlament seçkiləri necə keçirilə bilər ki, Ermənistanın bütün zəngin ehtiyatları bir qrup insanın əlində cəmlənib. Xalq isə kasıblıq içində yaşayır. Kimin qalib gələcəyini bilmək çətin deyil”.

Bu gün seçkilərdə kimin qalib gəldiyi məlum oldu. Sarkisyan rejimi uddu, erməni xalqı uduzdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi