azia.az
azia.az

Sarkisyan qələbə üçün 100 milyon dollar rüşvət verdi

10-03-2017, 13:32

Sarkisyan qələbə üçün 100 milyon dollar rüşvət verdi


Erməni qəzeti: "Hökumət bu qədər vəsaiti təbii ki, “kölgə”də saxlayacaq."

Ermənistanın siyasi kulislərində hökumətin aprelin 2-də keçiriləcək parlament seçkilərində qalib gəlməsi üçün 100 milyon dollar ayırdığına dair fikirlər dolaşır.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” (Erməni vaxtı) qəzeti xəbər yayıb.

Qəzetdə dərc edilən məqalədə qeyd olunur ki, hökumət bu qədər vəsaiti təbii ki, “kölgə”də saxlayacaq.

“Burada söhbət telekanallarda namizədlərin reytinq siyahısının təqdim olunması, buklet, plakat və reklam çarxları üçün vəd verilən rüşvətdən gedir”, - deyə qəzet yazır.

Respublika partiyasının təşkilat komitəsinin rəhbəri Ruben Tadevosyan bu məlumatla ilə razılaşmayıb.

Sarkisyan qələbə üçün 100 milyon dollar rüşvət verdi

Ermənistanda seçki məntəqəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi