"Azərbaycan-Ermənistan sülhü Rusiyanın bölgədəki təsirini tamamilə bitirəcək" - Politoloq
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi vəziyyəti kökündən dəyişəcək. Rusiyanın Cənubi Qafqazda yaratdığı siyasi nizam ikinci Qarabağ müharibəsi ilə pozuldu".
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, Moskvanın regionda təsiri tamamilə bitəcək:
"Rusiyanın Ermənistanın asanlıqla Qərbə inteqrasiya olunmasına və bu ölkədə hərbi bazalarının bağlanmasına seyrçi qalması sual doğuran məqamlardan biridir. Əgər Türkiyə Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına mane olardı".
Politoloq qeyd edib ki, sülh müqaviləsinin bağlanmasında və irəliləyiş əldə edilməsində Türkiyə faktoru əsas rol oynayır.
"2024-cü il Rusiyanın Ukraynada ağır hərbi məğlubiyyəti Cənubi Qafqazda tamamilə geosiyasi mövqelərini itirilməsi ilə nəticələnə bilər".
Ülkər