azia.az
azia.az

" Cox böyük ehtimalla payız aylarında bizi refendum gözləyə bilər”

6-07-2023, 14:26

"Düşünürəm ki, bu ilin sonuna yaxın Azərbaycanda referendum keçirilə və Konistitusiyaya dəyişikliklər edilə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının İcra Aparatının rəhbəri Natiq Cəfərli parlamentə təqdim olunan büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər 50%-ə yaxın artırılaraq 46,7 milyon manata çatdırılmasına aydınlıq gətirərkən deyib.
 
Onun sözlərinə görə, əlavə və dəyişikliklər ölkədə həm inzibati ərazi vahidinin, həm də idarəetmə formasının yenidən təşklili üçün çox mühüm addımlar ola bilər.



"Bizim də dəfələrlə gündəmə gətirdiyimiz və istədiyimiz məsələdir. Yeni referendum, Konistitusiya dəyişiklikləri daha oprtimal və effektli idarəetmə institutlarının təşikili ilə bağlı illərdir ki, çağırışlar edirdik. 44 günlük savaşın hərbi nəticələrinin də inzibati ərazi bölgüsü nöqteyi nəzərindən Konistitusiyada öz əksini tapmasına ehtiyacı yaranıb. Bundan əlavə, Naxçıvan MR-in muxtariyyatının ləvği də de-fakto baş verib, amma de-yuri hələ də mövcuddur. Bu da referendumsuz və Konistitusiya dəyişiklikləri olmadan rəsmiləşdirilə bilməz. Çox böyük ehtimalla payız aylarında bizi refendum gözləyə bilər”, deyə ekspert vurğulayıb. 

Natiq Çəfərli refendumun böyük xərc tələb etdiyini söyləyib: "Bu, ölkə miqyaslı ən vacib tədbirlərdən biridir və böyük vəsait tələb edir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi