“Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi..."
Bildirilir ki, Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədliyini geri götürüb.
“Türkiyə Cümhuriyyəti mənim nüfuzumu qoruya bilmədi. Mənim reputasiyamı qorumağa bu ölkənin mətbuatı və prokuroru cavabdehdir.
Başa düşə bilmirəm ki, bu qədər reputasiyama sui-qəsd edilərkən bu ölkənin prokurorları niyə hərəkət etmir?
45 gündür müqavimət göstərirəm. Son gəldiyim nöqtədə namizədliyimi geri götürürəm”, – İncə deyib.
Sorğular seçicilərin təxminən 2%-nin ona səs verməyə hazır olduğunu göstərib.
Hazlırda 3 namizəd qalıb: hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, müxalifətin “Xalq Alyansı”ndan vahid namizədi Kamal Kılıçdaroğlu və Ata ittifaqının namizədi Sinan Oğan.
Xuraman Etibarlı,