Çavuşoğlu Baydenə...: "Şarlatanlar, heç kimin həddinə deyil..."
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verib.
Azia.az “Hürriyet”ə istinadla xəbər verir ki, turkiyəli nazir bu barədə sosial şəbəkələrdə paylaşım edib:
“Tarixi təhrif etməyə cəhd edən siyasi şarlatanlar yenidən səhnədədir. Tarixi siyasi bəyanatlarla yenidən yazmaq olmaz. Bu rəftarda israrlı olan fürsətçilər gizli niyyətləri və ikiüzlülükləri ilə yadda qalacaqlar. Böyük Türk Millətinə tarix dərsi vermək heç kimin həddinə deyil”,- deyə o qeyd edib.
Türkiyə xarici işlər nazirliyi də sözügedən açıqlama ilə bağlı bəyanat yayıb.
Qeyd edək ki, Bayden daha əvvəl 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirmişdi.
Billurə