azia.az
azia.az

Ermənilər təxribata əl atdı-Necə cavab verməliyik?

5-03-2023, 21:13

Kamal Əliyev,"Sülh"Araşdırmaları İnsitutu,politoloq


Ermənilər təxribata əl atdı.Necə cavab verməliyik?

Bu gün Xankəndi-Xəlfəli-Turşsu istiqamətində erməni hərbçilərinin törətdiyi təxribat onu göstərdi ki,bu provokasiyanın məsuliyyətini təkcə Yerevandakı siyasi və hərvi elita deyil,etni zamanda rus sülhməramlıları daşıyır.İndi bizə məlum olur ki,ötən ilin dekabrın 12-dən azərbaycanlı fəalların başlatdlgı ekoaksiya ərzində ermənilər Xankəndu-Xəlfəli-Turşsu yolundan silah-sursat daşımaqdan istifadə ediblər.Hətta iddia edirəm ki,Qarabag ərazisində müvəqüəti olaraq fəaliyyət göstərən Rusiya Sülhməramlı Kontingenti erməni separatçıların məlum yoldakı fəsliyyətindən xəbərdar olsa da,bunun qarşısını almaqdan ötrü preventiv tədbirlər görməyib.Bu,bizə birdaha onu göstərdi ki,Laçın dəhlizi istiqamətində nəzarət buraxılış məntəqələrinin təşkil edilməsi şiddətlə vacibdir,labüddür,vacibdir.Çünki,rus sülhməramlıları 2020-ci il 10 noyabr razılaşmasının bəndlərinə nə  özü əməl edir,nə də Xankəndidə bəslədiyi tanınmamış adminstrasiyanı bu işə məcbur edir. Yeri gəlmişkən,ötən həftə Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laçın dəhlizi istiqamətində nəzarət buraxılış məntəqələrinin qurulmasının müzakirə edilmədiyini bəyan etmişdi.Halbuki,nəzarət buraxılış məntəqələrinin qurulmasını Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə edildiyini və Qərbin buna müsbət yanaşdıgını demişdi.Görünür,Rusiya Laçın dəhlizi yolunda yalnız rentgen aparatlarının qoyulmasıyla kifayətlənir. Bu gün baş verən təxribatda üç erməni zabiti öldürülüb,biri isə agır yaralıdır.Bundan başqa, bir azərbaycanlı hərbçi şəhid olub.Fərz edirəm ki,bu təxribat Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində delimitasiya və demorkasiya prosesinin başlanılmasının vacibliyini də göstərdi.Lakin Rusiya nə sərhədlərin delimitasiya və demorkasiyasını,nə Laçın dəhlizi boyunca nəzərat buraxılış məntəqələrinin qurulmasını,nə də yekun sülh müqaviləsinin imzalanmasını istəyir.Bu gün baş verən erməni təxribatının əsas müəllifi birbaşa olaraq Rusiyadır. Ermənistan hakimiyyətinə və cəmiyyətinə gəlincə,qərb qonşumuz görünür ədavətin bitməsində,yekun sülh müqaviləsinin imzalanmasında cəsarət nümayiş etdirmək istəmir.Əgər bu,belə olmasaydı,Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada deməzdi ki,onun hpkuməti sülh müqaviləsi istəyir,ancaq bu,kapitulyasiya mahiyyəti daşımamalıdır.Görünən budur ki,Eçmiədzindəki Apastol Kilsəsi,ABŞ-dakı ANCA erməni diaspor təşkilatı,erməni siyasətçilər,bloqerlər,media cameəsi Qarabag probleminin yekun siyasi həllində qətiyyən maraqlı deyillər.Bu gün baş verən proseslər onu göstərir ki,erməni cəmiyyətindəki revanşist qüvvələr "Böyük Ermənistan","Artsax"ideologiyasının təsirindən çıxmayıblar,heç çıxmaq da istəmirlər.Hərçənd,ABŞ və Avropa İttifaqının təqdim etdiyi sülh razılaşması,Brüssel formatı Bakı-Yerevan xəttində yekun sülh müqaviləsinin imzalanmasına inam yaratmışdı.Gəlinən nöqtədə Rusiya və Ermənistan ordusunun daxilindəki revanşist qüvvələrin problemin sülh yoluyla həllində maraqlı olmadıqlarını görmək çətin deyil. Son təxribatın bir nəticəsi də budur ki,Rusiya 2025-ci ildə Qarabagdan çıxmamaq üçün hər yola əl atıb,bundan sonra da atacaq.Bir müddət sonra hərkəsə aydın olacaq ki,2020-ci il 10 noyabr üçtərəfli razılaşma ən çox Rusiyanın maraqlarına cavab verib. Bu gün baş verən diplomatik,siyasi müzakirələr,hərbi təxribatlar Kremlin çıxarlarına cavab verir.İndidən üzərində baş sındırmalıyıq ki,2025-ci ildə Rusiya Sülhməramlı Kontingentini Qarabagdan necə çıxaracagıq.Əsas hədəf bu olmalıdır. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi