azia.az
azia.az

"O, üzsüz, dişsiz, onurğasız bir insandır" - Minasyan Arutyunyanı TƏNQİD ETDİ

2-03-2023, 14:37


“Arayik üzsüz, dişsiz, onurğasız bir insandır”.

KONKRET.az xəbər verir ki, bunu bu gün parlamentin “Ermənistan” fraksiyasının katibi Arsvik Minasyan brifinqdə deyib. O, Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan nümayəndələri arasında danışıqları şərh edib.

“Gərginliyin müəyyən qədər azaldılması üçün hər şey edilməlidir. Lakin bu, “Arsax”ın öz müqəddəratını təyin etmək hüququ hesabına olmamalıdır.

Koordinasiyası ilə danışıqlara gedən Arayik Arutyunyan Azərbaycanın gözündə erməni əhalisinin nümayəndəsidir.

Belə olan halda, danışıqlara getməli olan simasız, dişsiz, onurğasız bir insanla qarşılaşdığımız açıq-aşkar görünür.

Əgər o, Qarabağın, hətta tanınmamış “respublika”nın “rəhbər”idirsə, müəyyən təminatlar şəraitində danışıqlara getməlidir. Bu, normal olardı.

Amma görürük ki, bu gün bizim orada o gücümüz yoxdur. Arutyunyan öz “şanlı hakimiyyət”indən əl çəkmək istəmir”, – Minasyan deyib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi