İvanişvili Gürcüstanın 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstanın Baş Naziri olub.
1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olan Bidzina mühəndis-iqtisadiyyat fakültəsini bitirib, Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədidir. 2011-ci ildən siyasətlə məşğul olmağa başlayan İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku 2012-ci il parlament seçkilərində deputat yerlərinin yarıdan çoxunu qazana bilib. Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Onun üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır.
Qeyd edək ki, bundan əvvəl Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski Saakaşviliyə qarşı işgəncələrin dayandırılmasını tələb edib. Xatırladaq ki, fevralın 6-da Tiflis şəhər məhkəməsi Saakaşvilinin vəkillərinin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.sfera.az
Günay Rəsulqızı

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
