"Xankəndidə erməni ilə qonşu olaram" sözlərinə görə tənqid edilən şəhid anası: Bu sözü ona görə demişəm ki...
"Aksiya başlayandan bu günə qədər burada müsbət ab-hava var. Aksiya hazırda da yüksək səviyyədə davam edir, şüarlar səsləndirilir. İştirakçılar ekologiyamıza sahib çıxmaq üçün mübarizəni davam etdirir".
Bu haqda AZXEBER.COM-a hazırda Şuşadan keçən Xankəndi - Laçın yolundakı aksiyanın iştirakçısı, Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva deyib.
"Ağdam ruhlar şəhəridirsə, Şuşa da mənim üçün öncə özü boyda şəhidlər xiyabanıdır. Hər daşında torpağında şəhidlərimin adı var. Kaş ki, iş adamı olardım və məni tənqid edən şəxsləri işlə təmin edərdim, çünki bunun hamısı bikarçılıqdandır. Mənim məqsədim dövlətimizin, dövlətçiliyimizin yanında olmaqdır. Dünəndən mənə qarşı aqressiv rəylərə bir az hirsləndim, təzyiqim qalxdı. İlk dəfə idi mən burada idim, dünən nasazladım, özümü pis hiss etdim. Amma sonra fikirləşdim ki, Maya, sən bu sözü demisənsə, bunun sonrasını bilirdin ki, səni topa tutanlar da olacaq, hamı alqışlamayacaq ki. Yazırlar ki, Maya bunu nəyəsə görə deyib, guya jurnalistlər tərəfindən öyrədilib. Həqiqətən, burada jurnalistlərimiz hər tərəfdədir, 24 saat ayaq üstədirlər. Heç onların kimisə öyrədib bunu belə de deməyə vaxtları da olmur. Sadəcə yaxınlaşıb aksiyada iştirakda məqsədlər bağlı sual verirlər. İnsan da öz bildiyini deyir. Burada qurulmuş bir proses yoxdur. Mən Bakıdaydım, qəfildən mənə zəng gəldi soruşdular ki, getmək istəyirsənmi, mən də hə dedim”.
Maya Quliyeva qeyd edib ki, bu, onun iki il əvvəlki çağırışıdır: