"Rus sülhməramlıları, erməni seperatçıları faydalı qazıntılardan istifadə etməkdə Azərbaycana qadağa qoya bilməz"- Şamil Paşayev
"Rusiya sülhməramlıların nəzarət etdiyi ərazi Azərbaycan Respublikasının tərkibində olan ərazilərdir. Həmin ərazilərdə faydalı qazantılardan istifadə etmək, dağ-mədən işləri görmək yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə mümkündür".
Bunu Sonxeber.az-a hüquqşünas Şamil Paşayev açıqlama verib.
O bildirib ki, Azərbaycan Respublikasının faydalı qazıntıları Azərbaycan dövlətinə mənsubdur.
"Ona görə də nə rus sülhməramlıları, nə də erməni seperatçıları faydalı qazıntılardan istifadə etməkdə Azərbaycana qadağa qoya bilməz. Bundan başqa faydalı qazıntılardan ekoloji fəsad törətməklə istifadə etmək qanunvericilikdə cinayət hesab olunur. Azərbaycan şirkətlərinin, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin yalnız Azərbaycan Respublikası ilə razılaşmış qaydada həmin ərazidən istifadə edə bilərlər. Buna maneəçilik törətmək məsuliyyət yaradır. Həm yerli, həm də beynəlxalq məhkəmələr səviyyəsində bu kimi hallardan qanunsuz istifadə edən xarici ölkə vətəndaşlarını, digər şəxsləri məhkəməyə vermək , eyni zamanda kompensasiya almaq hüququmuz var".