Aİ Türkiyənin Rusiya ilə əlaqələrindən narahatdır
Avropa İttifaqı həm də Rusiyaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə Türkiyənin qoşulmamasından da narahatdır
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə və Qərbin Moskvaya qarşı sərt sanksiyalarına baxmayaraq, Türkiyənin Rusiya ilə yaxın tərəfdaşlığını davam etdirməsindən narahatdır.
Dekabrın 11-də Almaniya mətbuatının yazdığına görə, Aİ-nin xarici siyasət rəhbəri Josep Borrellin Aİ Parlamentinə yazdığı məktubda Türkiyə ilə Rusiya arasında dərinləşən iqtisadi əlaqələrin “böyük narahatlıq doğurduğunu” bildirib.
DPA-nın yazdığına görə, məktubda Türkiyənin “Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinə qoşulmamaq” siyasətini davam etdirməsi də narahatlıq doğurur.
Borrell xəbərdarlıq edib ki, Türkiyənin Rusiyaya sanksiyalarla bağlı heç bir çıxış yolu təklif etməməsi vacibdir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Türkiyə bir-neçə dəfə müharibənin dayandırılması təşbbüsü ilə çıxış edib.
Bu məqsədlə Ukrayna -Rusiya nümayəndə heyətlərinin Türkiyədə görüşü keçirilib. Bundan başqa Türkiyə Ukrayna taxılının ölkə limanlarından çıxarılamsına yardım edib.