Zəngəzur dəhlizinə MANE olanlar və SƏBƏB - Fransa böhrandan, Rusiya parçalanmaqdan QORXUR?
Zəngəzur dəhlizinin açılması Azərbaycan vasitəsilə Ermənistan və Rusiyanın dəmiryol xətti ilə əlaqəsi deməkdir. Buna dünyada heç kimin etirazı yoxdur. Amma bu koridor həm də Türk Dünyasının birləşməsidir. Bax buna etiraz edənlər çoxdur.
KONKRET.az xəbər verir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxanlar İran və Fransadır. Düzü, Türk Dünyasının birləşməsinə görə Rusiya da koridorun açılmasını ləngitmək fikrindədir. Bəzi türk ekspertlərin fikrincə, Zəngəzur dəhlizinə etiraz edənlər arasında ABŞ da var. Lakin bu versiyanı belə təkzib etmək olar:
– Böyük Britaniya Makronla şıltaqlaşan Fransanı bir az ağıllandırmaq istəyir. Buna görə də Rusiya sanksiyaları fonunda hazırda Parisin dominantlığında olan Avropa İttifaqının böhrana düçar olması planlaşdırılır;
– İran Fransanın nüfuz dairəsindəki ölkələrdəndir və Parisin çaldığı havaya oynaya bilərlər. Zəngəzur dəhlizinə saçyoldu dərəcəsində etirazları da bununla bağlıdır;
– ABŞ-Britaniya təzyiqinə görə ruslar fransız və fars ittifaqındadır. Həmçinin Kremlin “anakonda quyruğu” planından xəbəri var. Öncəki yazılarda qeyd etdiyimiz kimi, həmin mühasirə niyyətinin cənub cinahı Turan ittifaqı ilə təmin olunmalıdır. Söhbət Rusiyanın cənub sərhədlərindəki türk dövlətlərinin NATO modelində birlikdə cəmləşməsindən gedir;
Hazırda bu ittifaq Türk Dövlətləri Təşkilatı olaraq çərçivələnib, lakin gələcəkdə mədəni-iqtisadi formatdan daha geniş müstəviyə çıxıb hərbi-siyasi birliyə çevrilməsi nəzərdə tutulub. O ki qaldı Fransa-İran-Rusiya müttəfiqliyinə, onlar İsveçrə banklarını idarə edənlərlə rəqabət gücündə deyil.