Ermənilər nəyə hazırlaşır? - ŞOK DETALLAR AÇIQLANDI
Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib: Ağdam və Xocalıda səngər qazmağa cəhd etdilər, buna paralel olaraq, müxtəlif ərazilərdə Azərbaycan ordusunu atəşə tuturlar; bu gün də Füzuli istiqamətində atəş açıblar.
Oxu24.com xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı ermənilərin məqsədinin nə olduğunu açıqlayıb.
Təxribatların intensivləşməsində məqsəd aydındır: Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya “dövlətcik” performansı sərgiləyirlər;
Hərçənd, Fərrux və “Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir. Bu təxribatların da bir cavabı olacaq.